İranda din xadimlərinə təzyiqlər artır

İran qonşuları olmayan belə hallara görə günahlandırır, lakin özləri təzyiq göstərir. Siz bu məsələ haqqında nə düşünürsünüz?

  • Forum
    Topics
    Posts
    Last post
  • İranda din xadimlərinə təzyiqlər artır
    Qum şəhərinin Dini Ruhanilər Məhkəməsi Şiə dünyasının böyük müctəhidlərindən biri kimi tanınan və bir neçə ay bundan əvvəl vəfat etmiş Ayətullah Müntəzirinin ofisinin bağlanması barədə qərar qəbul edib. Məhkəmənin qərarından dərhal sonra mülki paltarda olan hökumət məmurları bu ofisə hücum edərək onun içində olan əşyaları dağıdıb, daha sonra isə ofisin qapısını bağlayıb və möhürləyib.
    Qum şəhərindən gələn digər məlumata görə digər nüfuzlu Ayətullah Yusif Saneinin şəxsi ofisi də mülki paltarda olan insanların hücumuna məruz qalaraq dağıdılıb. Ofisin bütün əmlakı hücum edənlər tərəfindən məhv edilib. Hadisələr mobil telefon kameraları vasitələri ilə lentə alınıb və internet saytlarına yerləşdirilib.
    Qeyd edək ki, bu hücumlar Mehdi Kərrubinin Quma səfəri zamanı və Ayətullah Sanei ilə görüşü zamanı baş vermişdi. Ayətullah Saneinin evi hücumçular tərəfindən mühasirəyə alınaraq Kərrubinin evdən çıxmasına icazə verilməmişdi. Saneinin mənzili qarşısında saxlanılan Kərrubinin avtomobili hücum zamanı təmamilə yararsız vəziyyətə düşüb. Kərrubinin oğlu Məhəmməd təqi Kərrubi Xarici Radiolara bu barədə məlumat verərək bildirib ki, atasının Şiələrin “Mərcəi təqlidi” olan Sanei ilə görüşü zamanı bu hadisələr baş verib.
    İyunun 4-də isə İran İnqilabının lideri Ayətulalh Xomeyninin nəvəsi Həsən Xomeyni babasının vəfatının ildönümündə çıxış edən zaman radikal mühafizəkarların şüarları ilə üzləşərək çıxışını yarımçıq kəsmək məcburiyyətində qalıb. Maraqlıdır ki, bu təhqiredici hadisə Ali Dini Rəhbərin gözü önündə olsa da Xamenei bu məsələyə müdaxilə etməyib. Belə məsələlərdə susmağı ilə tanınan nüfuzlu Ayətullah Cəvadi Amoli də bu hadisəyə öz etirazını bildirib. Eyni zamnada bir çox dini xadim və müctəhid də Həsən Xomeyninin təhqir olunmasına qarşı öz etirazlarını bildiriblər. Müxalif liderlərdən biri olan Mir Hüseyn Musəvi son hadisələrə münasibət bildirərək, Saneinin və Müntəzirinin ofislərinə hücumu pisləyib və dini xadimlərə təzyiq göstərmək siyasətini təhlükəli oyun adlandıraraq belə hörmətsiz yanaşmaları sistemin məşruiyyətinə zərbə kimi dəyərləndirib.
    Qeyd edək ki, son 30 ildə İranda dini xadimlər hakimiyyətin yüksək məqamlarında oturublar. Müxalif din xadimlərini birdən-birə hakimiyyətdən uzaqlaşdırmaq elə də asan iş deyil. Amma son bir ildə dini xadimlərin iki qrupa ayrılması, bir qrupun asanlıqla kənara qoyulmasına gətirib çıxartdı. Son qalmaqallı prezident seçkisindən sonra Xatəmi, Kərrubi, Müntəziri, Rəfsəncani, Beheşinin ailəsi və Mütəhhərinin ailə üzvlərinə təzyiqlərə məruz qalıblar. Bütün bunlara baxmayaraq İran cəmiyyəti dinə bağlı cəmiyyət olduğundan dini xadimlərin nüfuzu bu cəmiyyətdə daha etkilidir. Dini xadimlərə belə təzyiqlər cəmiyyət arasında da ciddi narahatlıqlara səbəb ola bilər. Ancaq, sanki mövcud hakimiyyət bu istiqamətdəki siyasətinə dəyişikliklər etmək niyyətində deyil. Bu isə elə təəsürat yaradır ki, sanki sistem daxilində ciddi forma dəyişikliyi prosesi gedir.
    0 Topics
    0 Posts
    No posts
     
  • Topics
    Replies
    Views
    Last post

Return to Board index

Who is online

Users browsing this forum: No registered users and 1 guest

Forum permissions

You cannot post new topics in this forum
You cannot reply to topics in this forum
You cannot edit your posts in this forum
You cannot delete your posts in this forum
You cannot post attachments in this forum

cron