AZ | EN | فارسی | RU

Yeniliklər

23 .08 .2010

İsrail İrana hərbi müdaxiləyə hazırlaşır? ətraflı

20 .08 .2010

Rusiya- Ermənistan strateji əməkdaşlığı gücləndi ətraflı

28 .07 .2010

Ermənistan və İsrail İran və Türkiyəyə qarşı səylərini birləşdirirlər ətraflı

19 .07 .2010

Zahidanda baş verən hadisənin kökü Pakistan, NATO və ABŞ-da axtarılır ətraflı

Axtarış

 

Ünvan

Aktual

Rusiya ABŞ-ı Gürcüstanı yenidən silahlandırmaqla günahlandırır
03 -09 -2010 |RUSİYA

Rusiyanın Baş Naziri Vladimir Putin ABŞ-ın Gürcüstanı silhalandırmağa davam etməklə günahlandırıb. O,  bu narahatçılığını “Komersant” qəzetinin 30 avqust tarixli nömrəsinə verdiyi müsahibədə açılayıb. Putin müsahibəsində yenidən Gürcüstanın silahlandırılmasının Rusiya ilə ABŞ arasında münasibətlərin son dövrdəki yaxşılaşma prosesinin fonunda davam etdiyinə diqqəti cəlb edib. Rusiya baş naziri Cənubi Osetiya müharibəsinin Gürcüstanın silahlandırılması nəticəsində baş verdiyi vurğulayıb. Putin bu barədə narahatçılıqlarını hələ müharibədən əvvəl ABŞ və Avroplılara bildirdiklərini, ancaq bunun diqqətə alınmadığını qeyd edib. Xatırladaq ki, Rusiya hələ 2008-ci ildəki müharibə vaxtı və müharibədən sonra verdiyi açıqlamalarla Gürcüstanın silahlandırılmasının əleyhinə sərt çıxışlar etmiş və bu ölkəyə beynəlxalq miqyaslı silah embarqosu tətbiq edilməsini istəmişdi. Elə Rusiya-Gürcüstan müharibəsində Rus ordusunun ABŞ tərəfindən Gürcüstana verilən silahları nümayişkəranə şəkildə ələ keçirməsi Qərbə məsaj xarakeri daşıyırdı.

 


İran müxalifətinin yeni televiziya kanalı
02 -09 -2010 |İRAN

Sentyabrın 1-də İran müxalifətinə yaxın veb saytlarda yeni televiziya kanalının açılışı barədə məlumat dərc olunub. Məlumata əsasən müxalifətin yeni kanalı “Telestar” peyk şəbəkələri vasitəsi ilə yayımlanacaq. Məlumata yeni kanalın adının RSA olacağı və əsasən İrandakı informasiya blakadasını aradan qaldırmaq məqsədi ilə qurulduğu da bildirilir. Kanalın tamamilə siyasi və mali müstəqilliyiyə sahib olacağı iddia edilir. Kanalın xərclərinin isə toplanan ianələr və reklamlar hesabına ödəniləcəyi qeyd olunur.

 


İran ilə ABŞ nüvə sahəsində birgə fəaliyyət göstərə bilərmi?
01 -09 -2010 |İRAN

İran Nüvə Tədqiqat Mərkəzinin rəisi Əli Əkbər Salehi bildirib ki, onun ölkəsi siyasi məsələlərdən uzaq olmaq şərti ilə ABŞ-la nüvə sahəsində birgə fəaliyyət göstərməyə hazırdır. Salehi avqustun 31-də mətbuat konfransı keçirərək bildirib ki, “əgər Amerikalılar hazır olsa, İran atom elektrik stansiyaları tikmək məqsədi ilə birgə müəssisələr və nüvə yanacağı istehsal məqsədi ilə konsorsiumlar yaratmağa hazırdır”. Salehi əlavə edib ki, ABŞ-la bu sahədə müştərək işlər görməyə hazır olmalarının, siyasi müzakirələrə aidiyyəti yoxdur. O xüsusi vurğulayıb ki, “siyasi məsələləri siysətçilərə buraxmaq lazımdır.” 

 



Strateji icmallar


İsrail İrana hərbi müdaxiləyə hazırlaşır?
23 -08 -2010 |İRAN

Son günlərdə İran-Qərb cəbhəsində yaşananlar İrana həbri müdaxilə ehtimalını yenidən gücləndirməyə başlayıb. İranın bir neçə gün ərzində öncə yeni raketlərini sınaqdan keçirməsi, sonra Buşehr Atom Elektrik Stansiyasını rəsmən fəaliyyətə başladması və daha sonra isə pilotsuz hərbi təyyarəsini sınaqdan keçirməsi beynəlxalq şəraitdə baş verən bəzi hadisələrlə birləşdirildikdə bu qənaət yaranır. Xatırladaq ki, İranın nüvə proqramı ilə əlaqədar başlayan gərginlik Türkiyə və Braziliyanın vasitəçiliyi ilə imzalanan nüvə mübadiləsi proqramı ilə azalacaq görüntüsünə sahib olmuş, amma sonra həm ABŞ başda olmaqla Qərb ölkələrinin, həm də İranın qarşılıqlı sərt siyasət və bəyanatları ilə bu gərginlik daha da artmışdı. 

 


Rusiya-Ermənistan strateji əməkdaşlığı gücləndi
20 -08 -2010 |RUSİYA

Rusiya Prezidenti Dmitri Medvedevin 20 avqsutdakı Ermənistan səfəri iki ölkə arasında mühüm sənədlərin imzalanması ilə önə çıxdı. Erməni həmkarı Serj Sarqsyanla iki ölkə arasındakı münasibətləri müzakirə etmək və İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sammitində iştirak üçün bu ölkəyə gedən Medvedevin səfəri zamanı iki ölkə arasında 6 sənəd imzalanıb. İki ölkə prezidentlərinin ortaq bəyannaməsi mövzulu ilk sənəddə Rusiya və Ermənistan arasındakı münasibətlərin strateji xarakteri bir daha vurğulanıb. İki ölkə arasında imzalanan ikinci mühüm sənəd Rusiyanın Ermənistandakı hərbi bazasının müddətinin uzadılmasına dair protokol olub. Yeni müqavilə ilə Gümrüdəki Rusiya hərbi bazasının müddəti 2044-cü ilə qədər uzadılıb. Xatırladaq ki, iki ölkə arasında 1995-ci ilin 16 martında imzalanan müqavilə Rusiyaya 25 illiyinə Ermənistanda qalma imkanı verirdi. Müqavilənin yeni halında ölkədəki Rus hərbi gücünün eyni zamanda Ermənistanın təhlükəsizliyini təmin etməsi də nəzərdə tutulub. İki ölkə arasında imzalanan digər sənəd isə hərbi-texniki əməkdaşlıq və Rusiyanın Ermənistana yeni silahlar verməsiylə bağlıdır. Müqavilədə hansı silahların veriləcəyi bildirilməsə də, analitiklər Ermənistan ordusuna müasir silah və hərbi texnika ilə yanaşı, S-300 raket komplekslərinin də verilməsinin gündəmdə olduğunu bildirirlər.

 


Ermənistan və İsrail İran və Türkiyəyə qarşı səylərini birləşdirirlər
28 -07 -2010 |ERMƏNİSTAN

Son zamanlar Emənistan və İsrail arasında əlaqələr nəzərə çarpacaq dərəcədə canlanmışdır. İki ölkə arasında əməkdaşlıq, xüsusilə İsrail–Türkiyə münasibətlərinin kəskinləşməsi fonunda ciddi şəkil almaqdadır. Hələ 2006-cı ildə Tel-Əvivdəki Şərqi Avropa və MDB ölkələri İnstitutunun direktoru, XV çağırış Knessetin deputatı (1999–2003-cü illər) Aleksandr Tsinker erməni qəzeti “Nuhun gəmisi”nə verdiyi müsahibədə qeyd edib ki, Ermənistan və İsrail arasında ədavət üçün heç bir səbəb yoxdur.

 



Analitik bülletenlər

Avrasiyadakı enerji mübarizəsində yeni bir mərhələ mi?
03 -07 -2009 |TÜRKİYƏ

İyulun 1-2-də Türkiyə Xarici İşlər Naziri Əhməd Davudoğlu və Enerji Naziri Taner Yılmaz Moskvaya səfər edərək iki ölkə arasındakı son dövrlərdə  intensivləşən rəsmi səfərlərə yenilərini əlavə etdilər. Moskva səfəri hər iki nazirin öz vəzifələrində ilk Rusiya səfəri xarakterini daşıyıb. Nazirlər səfər vaxtı iki ölkə arasındakı münasibətlərin inkişafını daha gücləndirmək üçün öz Rus həmkarları ilə danışıqlar aparıb və bu çərçivədə Baş Nazir Vladimir Putinin Türkiyə səfərinə hazırlıq məsələsi müzakirə ediblər. Bundan başqa, Rusiya və Türkiyə xarici işlər nazirləri kürəsəl və bölgəsəl məsələlərə dair müzakirələr aparıb.

 


Türkiyə-İran Münasibətləri: \"Təhlükəli qonşular\"
12 -07 -2008 |TÜRKİYƏ

Türkiyə və İran Qafqazda və Yaxın Şərqdə tarixən rəqabət aparan iki qonşu dövlətdir. İki ölkə arasında  uzunluğu 450 km olan quru sərhəddi var. Bu sərhəd  1639-cu ildə Osmanlı ilə Səfəvi arasında imzalanan Qəsri Şirin müqaviləsiylə müəyyənləşdirilmişdir. Türkiyə və İran arasındakı ticarət dövriyyəsinin həcmi hazırda 7 milyard dolara çatır və 2010-cu ilə qədər bu həcmin illik 10 milyard dollara çatdırlması planlaşdırılır.

 


Rusiya-İran Strateji Münasibətləri
14 -06 -2008 |RUSİYA

Soyuq müharibənin başa çatmasından sonra beynəlxalq münasibətlər sisteminin yeniden formalaşması prosesi yeni güc təmərküzləşmələrini və müxtəlif ölkələrin yeni münasibətlər sistemini qurma ehtiyacını gündəmə gətirdi. Yeni dövr ABŞ-in tək qütüblü dünya qurma təşəbbüsləri, AB-nin qlobal aktyor olma arzusu, Çinin və Hindistanın əhalisinin çoxluğu və sürətli iqtisadi inkişafı, Yaponiyanın rol arayışı və Rusiyanın bu prosesdə fəal iştirak arzusu ilə səciyyələnməkdədir. Bu prosesdə əsas mübarizə mərkəzlərindən biri kimi dünya enerji ehtiyatların büyük bir hissəsinin yerləşdiyi Yaxın Şərq və Xəzər bölgələri böyük önəm qazandı. Beynəlxalq münasibətlər sisteminin gələcək taleyinin müəyyənləşdirilməsində mühüm əhəmiyyətə malik olan bu coğrafiyadakı güc mübarizəsində bölgə xaricindən bir gücün, yəni fövqəldövlət ABŞ-ın fəallığına qarşı ənənəvi bölgəsəl güc İran ilə SSRI-nin dağılması ilə fövqəldövlət statusunu itirərək özünə yeni rol axtarışında olan Rusiyanın münasibətləri xüsusi diqqət cəlb etməkdədir. Bu yazıda Rusiya və İran arasındakı bu münasibətlərin xarakteri və əməkdaşlıq prosesi təhlil ediləcəkdir.